Nevil Felipe Luisin oyununu izlədi
Mançester Yunayted Atletikonun müdafiəçisi Felipe Luislə maraqlanır. İngilislərin məşqçisi Fil Nevil İspaniya kubokunda Valensiya ilə oyunu izləyib.İngiltərə mətbuatının məlumatına görə Atletiko 28 yaşlı futbolçunu satmaq fikrində deyil. Lakin 18 milyon funt sterlinq müqabilində transfer baş tuta bilər.

Xatırladaq ki, MY eyni zamanda Sautgemptondan Lyuk Şou, Realdan Marselo, Benfikadan Qilyermo Sikueyro və İnterdən Yuto Naqatomo ilə də maraqlanır.Komanda sol cinah müdafiəçisi mövqeyini gücləndirmək fikrindədir.

Xəbər 825 dəfə oxundu.