"Bavariya" Mandzukiçlə müqaviləni yeniləmək istəyir
"Bavariya" futbolçusu Mario Mandzukiçlə müqaviləni yeniləmək üçün yaxın günlərdə danışıqlara başlayacaq.

Bu barədə klubu idarə heyətinin üzvü Karl-Haynz Rummenige "Bild"ə açıqlamasında deyib:

"Mandzukiçin komandada qalmasını istəyirik. Bunun üçün onunla yaxın günlərdə danışıqlara başlayacağıq. Onun bizim təklifimizi müsbət qarşılayacağına inanırıq".

Qeyd edək ki, M.Mandzukiçin Münhen təmsilçisi ilə müqaviləsi 2016-ci ildə başa çatır.

Xəbər 790 dəfə oxundu.