"Atletiko"nun hücumçusu "Qalatasaray"ın hədəfində
Türkiyənin "Qalatasaray" klubu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Didye Droqbaya əvəzləyici tapıb.

İstanbul təmsilçisi "Atletiko" (Madrid) klubunun hücumçusu David Vilyaya "elçi" düşüb.

"Qalatasaray" rəhbərliyi mövsümün sonunda ispaniyalı futbolçunu transfer etməyi planlaşdırır. Hələlik 32 yaşlı futbolçu "Qalatasaray"ın təklifinə heç bir münasibət bildirməyib. Tərəflər arasında razılıq əldə olunarsa, Vilya yeni mövsümdən "Qalatasaray"ın formasını geyinəcək.

Qeyd edək ki, ötən il "Barselona"dan "Atletiko"ya transfer olunan Vilya keçirdiyi 19 oyunda 8 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 866 dəfə oxundu.