"Mançester Yunayted"in Roys israrı davam edir
"Mançester Yunayted" klubu Dortmund "Borussiya"sının futbolçusu Marko Roysu transfer etməkdə israrlıdır.

Mançester təmsilçisi gənc futbolçunun transferi üçün yenidən "Borussiya"ya müraciət edib.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Devid Moyes almaniyalı futbolçunu komandasında görmək istəyir. Bu məqsədlə "Mançester Yunayted" klubu qarşı tərəfə 30 milyon funt-sterlinq təklif edib.

Qeyd edək ki, 24 yaşlı futbolçu ilə İspaniyanın "Barselona" klubu da yaxından maraqlanır.

Xəbər 858 dəfə oxundu.