Əli Gökdəmir: "Artıq əvvəlki oyunumu bərpa etmişəm"
"Tayfun Korkut ilə çalışdığım üçün qürur hissi keçirirəm. O, Türkiyə millisi ilə 48 matçda oynamış, "Fənərbaxça" kimi böyük bir klubun şərəfini qorumuş tanınan bir futbolçu idi. Tayfun Korkut meydandakı duruşu ilə belə, fərqli bir insandır".

Bu sözləri "Hannover" və Azərbaycan millisinin futbolçusu Əli Gökdəmir deyib.

Anltalyada hazırlıqlarının çox yaxşı keçdiyini bildirən yığmamızın üzvü baş məşqçi dəyişikliyinin "Honnover"ə yaxşı mənada təsir etdiyini vurğulayıb: "İlk hazırlıq matçında "Herta" (Berlin) ilə bərabərə qaldıq. Yaxşı oyun oldu. Baş məşqçimiz hər kəsə şans verdi. Sabiq çalışdırıcı Mirko Slomka isə belə deyildi”.

Ə.Gökdəmir deyib ki, ötən mövsüm zədəli olduğu üçün əsas komandada oyunlarda iştirak edə bilməyib: "Belimdə ağrılar var idi. Mirko Slomkaya "Hannover"in ikinci komandasında forma geymək istədiyimi söylədim. Orada artıq əvvəlki oyunumu bərpa etdim. İndi yaxşıyam".

Qeyd edək ki, "Hannover" yoldaşlıq oyunu çərçivəsində "Fənərbaxça" və "Çaykur Rizəspor"la qarşılaşacaq.

Xəbər 881 dəfə oxundu.