"Bavariya" Ronaldoya qarşı çıxdı
"Qızıl top" mükafatının Kriştiano Ronaldonun qazanması "Bavariya"nın narazılığına səbəb olub.

Münhen təmsilçisinin prezidenti Uli Heness FİFA-nın qərarının düzgün olmadığını deyib:

"Ötən mövsüm bütün kubokları bizim qazanmağımıza baxmayaraq, "Qızıl top"u Frank Riberiyə deyil, Ronaldoya verildi. Bu, məntiqli qərar deyil".

Qeyd edək ki, UEFA prezidenti Mişel Platini də "Qızıl top"un portuqaliyalı hücumçunun qazanmasının düzgün olmadığını demişdi. Onun fikrincə, bu mükafat ötən il ən çox kubok qazanan futbolçuya - Riberiyə verilməli idi.

Xəbər 782 dəfə oxundu.