İspaniya kuboku: "Atletiko" 1/4 finalda | |
İspaniya kubokunda 1/8 finalın cavab oyunlarına start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib. İlk görüşdə "Santander"lə 1:1 bərabərə qalan "Almeriya" doğma azarkeşləri önündə rəqibi ilə bacarmayıb. Öz meydanında 0:2 hesabı ilə məğlub olan "Almeriya" kubokda mübarizəni dayandırıb. "Land of Fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu öz meydanında "Valensiya" ilə üz-üzə gəlib. Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan Madrid təmsilçisi evdə 2:0 hesabı ilə qələbə qazanmaqla 1/4 finala adlayıb. Qeyd edək ki, 1/8 finalın oyunlarına sabah axşam keçiriləcək iki oyunla yekun vurulacaq. 14 yanvar İspaniya kuboku, 1/8 finalın ilk oyunları "Almeriya" - "Santander" (İlk oyun - 1:1) - 0:2 Qollar: Mariano, 62 (0:1), Ruben, 79 (0:2) "Atletiko" (Madrid) - "Valensiya" (İlk oyun - 1:1) - 2:0 Qollar: Qodin, 51 (1:0), Qarsiya, 89 (2:0) 15 yanvar "Atletik" (Bilbao) - "Betis" (İlk oyun - 0:1) "Osasuna" - "Real" (Madrid) (İlk oyun - 0:2) "Espanyol" - "Alkorkon" (İlk oyun - 0:1) "Levante" - "Rayo Valyekano" (İlk oyun - 0:0) 16 yanvar "Vilyareal" - "Real Sosyedad" (İlk oyun - 0:0) "Qetafe" - "Barselona" (İlk oyun - 0:4) |
|
Xəbər 835 dəfə oxundu. |
|
|