"Yuventus"un futbolçusu Premyer Liqa yolunda
"Yuventus" klubunun futbolçusu Pol Poqba karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fransız futbolçu ilə "Arsenal" və "Çelsi" klubları yaxından maraqlanır.

20 yaşlı futbolçunun "Yuventus"la müqavilə yeniləməməsi hər iki ingilis klubunu hərəkətə keçirib. Poqbanın təzminat qiymətinin 45 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, 2012-ci ildən "Yuventus"da çıxış edən Poqba keçirdiyi 45 oyunda 10 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 852 dəfə oxundu.