Liverpulun keçmiş futbolçusu karyerasını başa vurdu
Liverpulun keçmiş yarımmüdafiəçisi Luis Qarsiya karyerasını başa vurub. İspan futbolçu 2004-cü ildə Baselonanı tərk etdikdən sonra 3 il Liverpulda oynayıb. Bundan sonra o, Atletiko və Rasinq komandalarında çıxış edib. Son illərdə isə Luis Meksikada oynayırdı. Onun son klubu Pumas olub.

Xatırladaq ki, Liverpulun heyətində Qarsiya İngiltərə liqa və Federasiya kubokunu, həmçinin çempionlar liqası ilə Avropa superkubokunu qazanıb.

Xəbər 970 dəfə oxundu.