Riberi mətbuat konfransında iştirak etmədi
"Bavariya"nın futbolçusu Frank Riberi "Qızıl top"un mükafatlandırma mərasimindən sonra keçirilən mətbuat konfransında iştirak etməyib.

Tədbirə böyük ümidlərlə qatılan fransız yarımmüdafiəçi mərasimin sonunda təəssüflənib.

"Qızıl top"u qazanacağına inanan Riberinin həyat yoldaşı belə evlərində bu mükafat üçün yeri çoxdan hazırladıqlarını bildirmişdi. Ancaq səsvermənin nəticəsinə uyğun olaraq Ronaldo "Qızıl top"un sahibi olub.

Bunun ardından isə Riberi mətbuat konfransına qatılmayaraq birbaşa Münhenə qayıdıb.

Xəbər 823 dəfə oxundu.