Arda Turan: "O zaman çoxları mənə gülmüşdülər"
"Atletiko"nun futbolçusu Arda Turan Türkiyə mətbuatına açıqlama verib.

O, Madrid klubuna ilk gəldiyi zaman "Atletiko"nun "Barselona" və "Real"la eyni səviyyəyə çatacağını deyəndə çox insanın ona güldüyünü bildirib. Türk yarımmüdafiəçi qeyd edib ki, göstərdikləri oyunla ona gülənləri yanıltmağı bacarıblar:

"Artıq "Barselona", "Real", "Bavariya" səviyyəsində bir komandayıq.Sadəcə fərqli oyun stilində oynayırıq. Matçlarda çox yaxşı mübarizə aparırıq. "Barselona" ilə qarşılaşma bunu bir daha sübut etdi".

Xəbər 822 dəfə oxundu.