"Qızıl top"un təqdimetmə mərasimində verilən səslərin faizi açıqlanıb
Dünən İsveçrənin Surix şəhərində keçirilən "Qızıl top"un təqdimetmə mərasimində verilən səslərin faizi açıqlanıb.

Mükafatı qazanan Kriştiano Ronaldo səslərin 27.99 faizini toplayıb.

Lionel Messi 24.72 faiz səslə siyahının ikinci pilləsində qərarlaşıb. Frank Riberi isə ən az səs yığan (23.36) futbolçu olub.

Qeyd edək ki, Ronaldo səslərini Radamel Falkao, Qaret Beyl və Məsut Özilə, Messi isə Xavi, İnyesta və Neymara verib.

Xəbər 1126 dəfə oxundu.