İki boksçumuz dünya çempionatının finalında!

Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində kişilər arasında boks üzrə dünya çempionatının yarımfinal döyüşləri keçirilib.

91 kq-da mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov Çin idmançısı Xuanxuan Vanqla görüşüb. Boksçumuz ilk raundda 4:2 hesablı qələbə qazanıb və Çin idmançısı döyüşdən imtina etdiyi üçün T.Məmmədov qalib elan olunub.

Digər boksçumuz – 91 kiloqramdan çox çəki dərəcəsində Məhəmədrəsul Məcidov qazaxıstandan olan İvan Dıçkoya 16:9 hesabı ilə qalib gəlib.

Finalda Teymur ukraynalı Aleksandr Usiklə, Məhəmmədrəsul isə ingilis Entoni Coşua ilə qarşılaşacaqlar.

Xəbər 1274 dəfə oxundu.