“Qəbələ” komandası heyətinə daha bir futbolçunu cəlb etdi
“Qəbələ” komandası heyətinə daha bir futbolçunu cəlb etmişdir.

Ruslan Tağızadə və Rafael Santosu transfer edən komanda bu dəfə qapı xəttini gücləndirmişdir. 2010-2011 və 2012-2013-ci illər mövsümlərini “Qəbələ”də keçirən, cari mövsümün ilk yarısında isə “Sumqayıt”ın qapısını qoruyan milli komandamızın üzvü Anar Nəzirov klub ilə birillik müqavilə imzalamışdır.

“Qəbələ”nin Antalya toplanışına qatılan qolkiper demişdir: “Qəbələ” mənim üçün doğma klubdur. Yenidən keçmiş komandama döndüyümə görə sevinirəm. Doğrusunu desəm, dönüşüm gözlənilməz oldu. Çalışacağam ki, komandama yararlı olum, mənə bəslənən ümidləri doğruldum. “Qəbələ” rəhbərliyinin, azarkeşlərimizin bu mövsüm üçün yüksək hədəfləri vardır, kollektivdən uğur gözləyirlər. Digər komanda yoldaşlarım kimi, gücümü ortaya qoyub uğur qazanmaq üçün səy göstərəcəyəm. Artıq “Qəbələ”nin düşərgəsində məşqlərə başlamışam. İnanıram ki, ikinci dövrənin startına kimi istənilən səviyyədə olacağam”.

Xəbər 879 dəfə oxundu.