Messi: "Qızıl top" Ronaldonun haqqıdır"
Kriştiano Ronaldonun "Qızıl top" mükafatını qazanmasına "Barselona"nın futbolçusu Lionel Messi də münasibət bildirib.

Mükafata ən real 3 namizəddən biri olan argentinalı hücumçu Ronaldonun "ilin ən yaxşı futbolçusu" seçilməyə layiq olduğunu deyib.

"Ronaldo gözəl bir il keçirdi. Buna görə də çox söz deməyə ehtiyac yoxdur. Riberi və mənim üçün də 2013-cü il uğurlu oldu. Məncə hər üçümüz "Qızıl top"a layiq idik. Ronaldonu təbrik edirəm. Bu, onun haqqıdır".

Messi Ronaldonun mükafatı aldığı zaman göz yaşlarına hakim ola bilməməsinə də toxunub: "Onu başa düşürəm. Yəqin ki, oğlu yanında olduğu üçün kövrəlib".

Qeyd edək ki, Messi indiyədək "Qızıl top"u 4, Ronaldo isə 2 dəfə qazanıb.

Xəbər 763 dəfə oxundu.