Ronaldo bu gün markasının qiymətini 50 milyona qaldıra bilər
IPAM adlı Portuqaliya araşdırma şirkətinin tədqiqatına görə , Cristiano Ronaldo markası bu gün 43 milyon avro dəyərindədir.

Şirkətin təhlilində Ronaldonun Real Madriddən aldığı illik məvacib (17 milyon avro), sosial şəbəkələrdə sahib olduğu təqibçilərin sayı (70 milyon) və Google aramalarındakı nəticələr (173 milyon ) diqqətə alınmışdır.

Dəyərləndirmədə Cristiano Ronaldonun şou dünyasında planetin ən tanınmış 5-ci insanı olduğu da ifadə edilir.

Tədqiqatın sahibi Daniel Sá, Ronaldonun "Qızıl Top" mükafatını qazanacağı halda markasının dəyərini 50 milyon avroya qaldıracağını bildirib.

Xəbər 802 dəfə oxundu.