"Qəbələ"yə dönüşüm gözlənilməz oldu"
"Qəbələ" klubunun yeni transferi Anar Nəzirov komandasının Antalyadakı məşq prosesi barədə fikirlərini açıqlayıb.

O klubun rəsmi saytına açıqlamasında yenidən "Qəbələ"nin sıralarına qayıtdığı üçün sevincli olduğunu bildirib:

"Qəbələ" mənim üçün doğma klubdur. Yenidən keçmiş komandama döndüyümə görə sevincliyəm. Düzünü desəm, dönüşüm gözlənilməz oldu. Çalışacağam komandama yararlı olum, mənə bəslənən ümidləri doğruldum. "Qəbələ" rəhbərliyinin, azarkeşlərimizin bu mövsüm üçün yüksək hədəfləri var, kollektivdən uğur gözləyirlər. Digər komanda yoldaşlarım kimi gücümü ortaya qoyub uğur qazanmaq üçün səy göstərəcəyəm. Artıq "Qəbələ"nin düşərgəsində məşqlərə başlamışam. İnanıram ki, ikinci yarının startına kimi istənilən səviyyədə olacağam".

Xəbər 948 dəfə oxundu.