Vüqar Həşimovla vida mərasimi sabah olacaq
Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeysterlə vida mərasimi sabah olacaq. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Respublika Şahmat Mərkəzində baş tutacaq tədbir saat 11:00-dan başlanılacaq.

3 saat davam edəcək vida mərasimindən sonra cənazə götürülərək, torpağa tapşırılmaq üçün 3-cü Fəxri Xiyabana aparılacaq.

Xəbər 1048 dəfə oxundu.