Rizvan Gənciyev: “Komandadan razı qaldım”
“Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev Ümumdünya Boks Seriyasının 5-ci turunda “Cuba Domaderos”la görüşdən sonra fikirlərini açıqlayıb.

O, məğlubiyyətə baxmayaraq, boksçulardan razı qaldığını bildirib: “Mənim uşaqlara heç bir iradım yoxdur. Onlar əllərindən gələni etdilər. Kuba bura çox güclü heyətlə gəlmişdi. “Baku Fires”ə qarşı Olimpiya, dünya çempionları döyüşdülər. Bu komanda “Astana Arlans”ı səfərdə məğlub edib. Rusiya üzərində 5:0 hesablı qələbə qazanıb. Heybətulla Hacəliyevlə Xaybulla Musalovu qələbə münasibəti ilə təbrik edirəm. Xüsusən də Heybətulla çox güclü rəqibini bir dəfə noqdauna da saldı. 2:3 hesabıila məğlub olaraq, 1 xal qazandıq. Mətbuat konfransında demişdim ki, zəif mübarizə aparanlar, rəqibdən qorxanlar komandadan qovula da bilərlər. Amma bu gün elə boksçu olmadı. Uduzan idmançılarımız da çalışdılar, vuruşdular. Sadəcə bir qədər təcrübələri və ustalıq səviyyələri çatmadı. Qarşıda bizi “Astana Arlans”la Qubada çətin döyüş gözləyir. Bu dəfə fərqli heyət mübarizə aparacaq. Qazaxıstan komandası ilə qarşılaşmada mütləq qələbə qazanmalıyıq. Qubalıları yanvarın 18-də keçiriləcək görüşə dəvət edərək, komandamıza dəstək olmağa çağırıram”.

Xəbər 986 dəfə oxundu.