Berti Foqts Karlosla görüşdü
Yanvarın 10-dan etibarən Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasında çıxış edən klubların məşqini və yoxlama oyunlarını izləməklə yanaşı, tanınmış mütəxəssislərlə də görüş keçirir. Almaniyalı mütəxəssis bu dəfə Braziliya futbolunun canlı əfsanəsi və 2002-ci ildə dünya çempionu olmuş, hazırda Türkiyə Super Liqasında çıxış edən “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla görüşərək fikir mübadiləsi aparıb.

Qeyd edək ki, millimizin üzvü Cihan Özkara “Sivasspor” klubunun futbolçusudu.

Xəbər 966 dəfə oxundu.