Foqts Dənizliyə də baş çəkdi
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandanın baş məşqçisi Berti Foqts Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının məşqlərini və yoxlama oyunlarını izləyir. Almaniyalı mütəxəssis klubların baş məşqçilərilə görüşlər də keçirir.

Dünən "Qarabağ" və "İnter" klublarının oyunlarını və məşqlərini izləyən, həmin klubların baş məşqçiləri ilə görüşən millinin salışdırıcısı bu gün "Xəzər Lənkəran"ın məşqini izləyib və baş məçqçi Mustafa Dənizli ilə görüşərək fikir mübadiləsi aparıb.

Xəbər 852 dəfə oxundu.