Böyükağa Hacıyev rəsmən "Neftçi"nin baş məşqçisi oldu
Bu gün “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş klubdaxili toplantıda son müzakirələrdən sonra məşqçilər korpusunun aşağıdakı tərkibdə formalaşdırılması qərara alınıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Böyükağa Hacıyev yenidən "Neftçi"nin baş məşqçi vəzifəsinə gətirilib.

Ruben Selyes Salvador, Neboyşa Manoyloviç, Samir Əliyev və Bəxtiyar Musayev isə məşqçilər kopusunda yer alıb.


1. Baş məşqçi - Böyükağa Hacıyev
2. Baş məqşçinin köməkçisi, fiziki hazırlıq üzrə məşqçi - Ruben Selyes Salvador (İspaniya)
3. Baş məşqçinin köməkçisi – Samir Əliyev
4. Qapıçılar üzrə məşqçi – Neboyşa Manoyloviç (Serbiya)
5. Seleksiyaçı məşqçi – Bəxtiyar Musayev
6. Əvəzedici komandanın baş məşqçisinin köməkçisi – Kamal Quliyev

Xəbər 860 dəfə oxundu.