Xerardo Martino "Atletiko" ilə oyunöncəsi açıqlama verib
"Barselona"nın baş məşqçisi Xerardo Martino La Liqada "Atletiko" ilə oyunöncəsi açıqlama verib.

O, 5 ay əvvəl ölkə suberkubokunda Madrid klubu ilə oynadıqları zaman daha yaxşı formada olduqlarını deyib: "Həmin matçda istədiyimizi əldə etmişdik. O görüşə bənzər bir qarşılaşma izləyə bilərik. Amma 5 ay əvvəl daha yaxşı idik. "Atletiko" isə günü-gündən daha da güclənir. Qazanmaq üçün əlimizdən gələni edəcəyik.

"Hetafe" ilə matçda yarım saat oynayan futbolçusu Lionel Messinin bu görüşdə oynayıb-oynamayacağı haqda da danışan X.Martino bildirib: "Hetafe" ilə maçtda o, möhtəşəm oyun nümayiş etdirdi. Belə bir çətin görüşdə onun start heyətdə meydana çıxıb-çıxmayacağı ilə bağlı hələlik qərarımı verməmişəm. Ondan özünü necə hiss etdiyini soruşacam. Oyuna start heyətdə başlayan hər futbolçu sona qədər meydanda qalmaq istəyir. Buna görə çox düşünəcəm".

Xəbər 954 dəfə oxundu.