"Qalatasaray" "Ayaks"a qalib gəldi
Türkiyənin "Qalatasaray" klubu "Ayaks"la qarşılaşıb.

"Antalya Cup" turniri çərçivəsində keçirilən oyunda Mançininin komandası rəqibinə 2:1 hesabı ilə qalib gəlib və finala yüksəlib.

"Cim-bom"un qollarını Burak Yılmaz və Əmrə Coşkun vurub.

Qeyd edək ki, "Qalatasaray" final mərhələsində Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşacaq.

Xəbər 815 dəfə oxundu.