Kosta: "Messini zərərsizləşdirə bilərik"
"Atletiko" (Madrid) klubunun futbolçusu Dieqo Kosta La Liqada "Barselona" ilə vacib matçöncəsi açıqlamalar verib.

Qarşılaşmanın çox çətin keçəcəyini deyən Madrid klubunun hücumçusu bu görüşdə qalib gəlməyə çalışacaqlarını bildirib:

"Meydanda dünyanın ən yaxşı futbolçuları mübarizə aparacaq. "Barselona" səfərdə oynadığı üçün onlara daha çətin olacaq. Ancaq Kataloniya klubu ilə görüşdə xal itirmək dünyanın sonu deyil. Çünki qarşıda çox matç var. Azarkeşlərimiz qarşısında qalib gələrək liderliyə yüksəlsək, fantastik olar".

"Barselona"nın hücumçusu Lionel Messinin yenidən yaşıl meydanlara qayıtmasına da münasibət bildirən Kosta deyib ki, argentinalı hücumçunun zərərsizləşdirməyə çalışacaqlar: "Messi, Messidir. Zədəli olan vaxtı bütün futbolçular onun üçün darıxdı. Bizə qarşı oynaya bilməsi çox yaxşı oldu. Amma onu zərərsizləşdirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. "Atletiko"da Messini zərərsizləşdirə biləcək çox oyunçu var".

Qeyd edək ki, "Atletiko" - "Barselona" matçı sabah, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Xəbər 812 dəfə oxundu.