Cüdo üzrə zona yarışları

Gəncə Olimpiya İdman Kompleksində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş cüdo üzrə zona yarışları keçirilib. Yarışda Gəncənin «Təhsil» İdman Mərkəzi, Uşaq- Gənclər İdman Məktəbi, “DİN” və «Spartak” idman cəmiyyətlərinin idmançıları ilə yanaşı, Mingəçevir, Goranboy və Naftalan cüdoçuları da güclərini sınayıblar. Ümumilikdə 17 komandanın mübarizə apardığı turnirdə Gəncə şəhər Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Məmmədəli Quliyev birinci yeri tutub. «Təhsil» İdman Mərkəzinin cüdoçusu Tofiq Əliyev gümüş, Gəncə Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Xəyal Rzayev bürünc medala sahib olublar.

Xəbər 1284 dəfə oxundu.