Ferdinand: "Yayda Ronaldonu transfer edə bilərdik"
"Mançester Yunayted"in futbolçusu Rio Ferdinand keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqda açıqlama verib.

Təcrübəli oyunçu deyib ki, yay transferi pəncərəsində portuqaliyalı hücumçunu "MY"a gətirmək üçün çox çalışıb. Ancaq o, bu təklifi qəbul etməyib:

"Yay ayında onu transfer edə bilərdik. Amma daha elə bir fürsətimiz yoxdur. Çünki Ronaldo "Real"la müqaviləni yeniləyib".

R.Ferdinandın sözlərinə görə, əgər Ronaldo bir gün Madrid klubundan ayrılsa, getmək istəyəcəyi ilk klub "MY" olacaq: "Təbii ki, bu, mənim fikrimdir".

Xəbər 795 dəfə oxundu.