İnegöl Bələdiyəspor Snippeni komandasına transfer etdi
İnegöl Bələdiyəspor hollandiyalı oyunçu Jan Villem Snippeni komandasına transfer edib.

İdman.com.az saytının məlumatına görə, jurnalistlərə müsahibə verən Snippe : "Voleybola 13 yaşında gəldim və artıq 20 yaşında İtaliyada professional oldum. İlk 2 il Macerata komandasında, sonra isə Yunanıstan, Almaniya və Rusiyada oynadım. İndi isə İnegölə gəldim."

Qeyd edək ki, 28 yaşlı smaçora mövqe oyunçusu Snippe son olaraq Rusiyanın Yaroslaviç Yaroslavl komandasında forma geyinib.

Xəbər 936 dəfə oxundu.