Rəqiblərimiz məlumdur

Bakıda noyabrın 8-dən 13-nə qədər voleybol üzrə qadınlar arasında London-2012-yə təsnifat xarakterli beynəlxalq turnir keçiriləcək. Turnirdə yığmamız Bolqarısran, Çexiya, Ukrayna, Danimarka, Macarıstan voleybolçuları ilə gücünü sınayacaq. Təsnifat turnirində birinci yeri tutan komanda Avropa Olimpiya təsnifat turnirinə vəsiqə alacaq.
Rusiyanın Kazan və Xorvatiyanın Split şəhərlərində də analoji yarışın keçiriləcəyi planlaşdırılıb. Kazanda Rusiya, İspaniya, Rumıniya, Belçika, Slovakiya, Avstriya , Splitdə keçiriləcək turnirdə isə Xorvatiya, Hollandiya, Fransa, Yunanıstan, İsrail və İsveç yığmaları mübarizə aparacaq.
Məlumat üçün bildirək ki, Bakı, Kazan və Split şəhərlərində təşkil olunacaq yarışlarda ilk yerin sahibi olacaq komandalar İstanbulda keçiriləcək Avropa Olimpiya təsnifat turnirində iştirak etmək hüququ qazanacaq.
İstanbulda keçiriləcək yarışda iştirak edəcək 5 komandanın adı müəyyənləşib. Bundan bir neçə gün əvvəl başa çatmış Avropa çempionatının ən güclü 4 komandası - Serbiya, Almaniya, Türkiyə və İtaliya yığmaları bu siyahıdadar.

Xəbər 1603 dəfə oxundu.