Kurtua: "Barselona" ilə oyuna tam hazırıq"
"Atletiko" (Madrid) klubunun qapıçısı Tibo Kurtua La Liqanın növbəti turu çərçivəsində qarşılaşacaqları "Barselona" ilə oyun haqda danışıb.

Belçikalı qolkiper "Barselona" ilə oyuna tam hazır olduqlarını bildirib:

"Bizi böyük oyun gözləyir. "Barselona"nın oyunlarını izləmişik. Baş məşqçi Dieqo Simeone rəqibin zəif və üstün cəhətlərini özü üçün müəyyən edib. Artıq oyuna tam hazırıq. Əsas odur ki, müdafiədə etibarlı oynayaq və lazım gəldikdə hücuma çıxmalıyıq".

Xəbər 811 dəfə oxundu.