Sneyder: "Hiddink Hollandiya millisi üçün düzgün seçimdir"
"Qalatasaray"ın və Hollandiya millisinin futbolçusu Uelsli Sneyder yığmanın başına keçəcəyi gözlənilən Quus Hiddink haqda danışıb.

"De Telegraaf"a açıqlamasında təcrübəli yarımmüdafiəçi Q.Hiddinkin milli komanda üçün düzgün seçim olduğunu deyib:

"Hiddinki tanıyıram. O, çox yaxşı insan olmaqla yanaşı, həm də güclü çalışdırıcıdır. Hollandiya millisinin başına gəlməsi üçün Hiddink çox düzgün seçimdir".

Qeyd edək ki, hazırda yığmanı çalışdıran Lui van Qalın DÇ-2014-ün başlamasına qədər komandadan ayrılacağı gözlənilir.

Xəbər 1042 dəfə oxundu.