Qvardiola: "Robbenə aşiq oldum"
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola futbolçusu Aryen Robben haqda xoş sözlər deyib.

İspaniyalı mütəxəssis hollandiyalı futbolçunun inanılmaz dərəcədə peşəkar olduğunu bildirib:

"Robben zədələnənə qədər əla oyun nümayiş etdirdi. Komandamda mükəmməl formada olan futbolçulardan biridir. Məşqçilik karyeramda Robben kimi inanılmaz peşəkar 1-2 futbolçu gördüm. Onunla fəxr edirəm. Peşəkar olduğu üçün də ona aşiq oldum".

Xəbər 825 dəfə oxundu.