Antuan Qrizman PSG-yə keçə bilər
Real Sosyedadın yarımmüdafiəçisi Antuan Qrizman PSG-yə keçə bilər.

İdman.com.az saytının məlumatına görə, bunun üçün İspan klubunun prezidenti Xoakin Aperribay Parisdə 2 gün keçirərək danışıqlar aparıb.

Bask təmsilçisinin 22 yaşlı futbolçu üçün 30 milyon avro istədiyi bildirilib. Başqa məlumatlara görə, isə Qrizman yayda PSG-yə buraxıla bilər.

San Sebastyan təmsilçisi digər komandaların da təklifini nəzərdən keçirməyi düşünür. Onun Qrizmanın klubu ilə 2016-cı ilə qədər müqaviləsi var. O, bu mövsüm 16 oyunda 12 qol vurub.


Xəbər 2126 dəfə oxundu.