"Bu komanda alqışa layiqdir"
Banvit komandasının baş məşqçisi Dimitris İtoudis Avropa kubokunun M qrupunun ilk matçında 92-85 hesabı ilə qazandıqları Buduvelnik Kiev matçı ilə bağlı maraqlı açıqlamalar verib.

İdman.com.az saytının məlumatına görə, İtoudis matçdan sonra etdiyi şərhdə Ukraynanın güclü komandalarından birini məğlub edərək, qrupda yaxşı bir başlanğıc reallaşdırdıqlarını söylədi.

Tərəfdarların ULEB Avropa Kuboku matçlarına olan maraqsızlığından şikayətçi olan İtoudis "Bu komanda bu gün etdikləriylə alqışlanmaya layiqdir. Komandamız Beko Basketbol Liqasında lider komandanı və Avropa Kubokunda da üç komandanı məğlub etdi. 130 min əhaliyə sahib Bandırmanın ən azından yarısının bura gəlməsi və bizləri dəstəkləməsi vacibdir."



Xəbər 1132 dəfə oxundu.