Bosniyalı futbolçu rəsmən "Qalatasaray"da
Türkiyənin "Qalatasaray" klubu qış transfer dönəminin ilk transferinə imza atıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "sarı-qrmızılar" İsveçrənin "Qrassxoper" klubundan heyətinə cəlb etdiyi İzet Hayroviçlə rəsmi müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə görə, 22 yaşlı müdafiəçi 4.5 il müddətinə "Qalatasaray"ın şərəfini qoruyacaq. "Cim-bom" bu transfer üçün Hayroviçin sabiq klubuna 3.5 milyon avro ödəyəcək. Bosniyalı futbolçu özü isə ilinə 1.1 milyon, hər oyun üçün isə 10 min avro qazanacaq.

Xəbər 804 dəfə oxundu.