Qvardiola: "Onu çalışdırmaq mənim üçün böyük şərəfdir"
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola "Qızıl top" mükafatını qazanmağa namizəd futbolçular haqda fikirlərini bildirib.

İspaniyalı mütəxəssis hər üç futbolçunun güclü olduğunu deyib:

"Ronaldo, Riberi və Messi dünyanın üç güclü futbolçularıdır. "Qızıl top"a gəldikdə Riberi Sürixə uçub, mükafatlandırma mərasimindən zövq almalıdır. Mən Riberi kimi xarakterə malik futbolçu görmədim. O, komandası üçün sonadək döyüşür. Onu çalışdırmaq mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, onun oyun keyfiyyətini daha da yaxşılaşdıra biləcəm".

Qeyd edək ki, "Qızıl top"un yeni sahibinə yanvarın 13-də aydınlıq gələcək.

Xəbər 808 dəfə oxundu.