"Qalatasaray"ın yeni transferi gəldi
Türkiyənin “Qalatasaray” futbol komandasının yeni transferi İzet Hayroviç İstanbula gəlib.

İsveçrənin “Qrasshoppers” klubundan alınan 22 yaşlı sağ cinah yarımmüdafiəçisi ilə 5 illik müqavilə bağlanılacaq.

Onun klubuna 3,5 milyon avro, özünə isə 1,1 milyon avro ödəniləcək. Amma “sarı-qırmızılar”ın Hayroviçi türk futbolçu statusu ilə oynatmaq istəyi baş tutmayacaq. Yeni transferə hətta Türkiyə vətəndaşlığı verilsə belə, Türkiyə Futbol Federasiyasının təlimatlarında yalnız 5 ildən sonra bunun mümkünlüyü barədə bənd yer alıb.

Qeyd edək ki, İzet Hayroviç “Qalatasaray”a baş məşqçi Roberto Mançininin istəyi ilə alınıb. Hayroviç 4 avqust 1991-ci ildə İsveçrənin Bruqq şəhərində doğulsa da, milliyyətcə bosniyalıdır. O, əvvəllər İsveçrənin 21 yaşadək yığmasında çıxış etməsinə baxmayaraq, ötən ildən Bosniya və Herseqovinanın əsas millisinə dəvət almağa başlayıb. “Qalatasaray”ın yeni transferi 2009-cu ildən çıxış etdiyi “Qrasshoppers”in heyətində 91 oyuna 20 qol vurub. Lent.az

Xəbər 801 dəfə oxundu.