Qvardiola zədəli futbolçularından danışdı
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola zədəli futbolçularının hazırki durumu haqda danışıb.

O, Bastian Şvaynştayqerin durumunun Aryen Robbenə nisbətən daha yaxşı olduğunu deyib:

"Robbenin tezliklə yaşıl meydanlara qayıdıb rəqibə təhlükə yaratmasını arzulayıram. Onu çox bəyənirəm. Ümid edirəm ki, ən qısa zamanda sağalar. İkinci dövrə başlamadan əvvəl hər ikisi ilə çalışmaq istəyirəm. Bastianın durumu artıq yaxşılaşıb. O, tez bir zamanda yaşıl meydanlara qayıdacaq".

Xəbər 826 dəfə oxundu.