Ronaldinyo "Beşiktaş"la razılığa gəldi
"Atletiko Mineyro" klubunun futbolçusu Ronaldinyo uzun danışıqlardan sonra "Beşiktaş"ın təklifini qəbul edib.

Braziliyalı futbolçunun İstanbul klubu ilə 2,5 illiyinə müqavilə imzaladığı iddia olunur.

Bu transferin "Beşiktaş"a 10-15 milyon avroya başa gəldiyi bildirilir. Daha öncə təcrübəli futbolçuya illik 5 milyon avro təklif edən "Beşiktaş" rəhbərliyi bu məbləği bir qədər də artırıb. Belə ki, Ronaldinyo yeni komandasında ilinə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2012-ci ildə "Flamenqo"dan "Atletiko Mineyro" klubuna transfer olunmuşdu.

Xəbər 828 dəfə oxundu.