Riberi: "Qızıl top"u qazanmaq üçün əla şansım var"
"Bavariya" klubunun yarımmüdafiəçisi Frank Riberi bu il qazanmağa namizəd olduğu "Qızıl top" mükafatı haqda danışıb.

Fransız futbolçu bu il "Qızıl top"u qazanmaq üçün çox yaxşı şansı olduğunu bildirib:

"Düşünürəm ki, bu il "Qızıl top"u qazanmaq üçün əla şansım var. Çünki ötən mövsüm komandamla bütün titulları qazanmışam. 2013-cü ildə həm mən, həm də komandam çox yaxşı çıxış etdi. Görək, səsvermə necə nəticələnəcək. Mənə də gözləmək qalır".

Qeyd edək ki, "Qızıl top" mükafatının yeni sahibinə yanvarın 13-də aydınlıq gələcək.

Xəbər 893 dəfə oxundu.