"Qalatasaray" daha bir futbolçunu göndərdi
"Qalatasaray" daha bir futbolçusu ilə yolları ayırıb.

İstanbul klubunu oyunçudu Nordin Ambaratı heç bir məbləğ almadan "Antalyaspor"a mövsümün sonuna qədər icarəyə verib.

Antalya təmsilçisinin prezidenti Gültəkin Gencer Ambaratı icarəyə götürdüklərini təsdiqləyib.

"Cim-bom"un bu qərarı verməsinə legioner limitinin səbəb olduğu bildirilib.

Xəbər 788 dəfə oxundu.