Ronaldo 400-ə çatdı
La Liqanın sonuncu turu çərçivəsində "Selta Viqo" ilə keçirilən matç "Real"ın futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Sözügedən qarşılaşmada dubl edən portuqaliyalı hücumçu futbolçu karyerasında 400-cü qolunu vurub.

Ronaldo bu qollarla Madrid klubunda ümumi qollarının sayını isə 230-a yüksəldib.

Qeyd edək ki, Ronaldo "Sportinq"lə 5, Portuqaliya millisində 47 və "Mançester Yunayted"də isə 118 qol vurub.

Xəbər 867 dəfə oxundu.