Klinsmana İngiltərədən təklif gəldi
ABŞ millisinin baş məşqçisi Yurgen Klinsman Braziliyada keçiriləcək dünya çempionatından sonra İngiltərə Premyer Liqasında işləyə bilər.

"Tottenhem" klubunun rəhbərliyi almaniyalı mütəxəssisi komandanın baş məşqçi vəzifəsinə gətirmək niyyətindədir.

London təmsilçisi Andre Villaş Boaşın istefasından dərhal sonra Klinsmana rəsmi təklif göndərmişdi. Lakin təcrübəli mütəxəssis hazırda ABŞ millisini çalışdırdığı üçün bu təklifi rədd etmişdi. Bununla belə, Klinsman qarşıdakı dünya çempionatından sonra "Tottenhem"də işləyə biləcəyini bildirib.

Qeyd edək ki, "Tottenhem" klubunu müvəqqəti olaraq Tim Şervud çalışdırır.

Xəbər 923 dəfə oxundu.