Lamela "Atletiko"ya keçə bilər
“Atletiko” “Tottenhem”in yarımmüdafiəçisi Erik Lamelanı icarəyə götürməyə yaxındır.

Madrid klubu 21 yaşlı futbolçu uğrunda mübarizədə favorit sayılır və artıq qarşı tərəfə konkret təklif də göndərib. Lamelaya digər namizəd isə “İnter”di. Amma London klubuna “Roma”dan keçən argentinalı xavbek prinsipial mövqe tutub və İtaliyada başqa komandada oynamaq istəmədiyini bildirib.

Xəbər 844 dəfə oxundu.