"Monako"dan Dieqo Kostaya 60 milyon avro
Fransanın "Monako" klubu mövsümün sonunda hücum xəttini bir qədər də gücləndirməyi planlaşdırır.

Monako təmsilçisi Madrid "Atletiko"sunun forvardı Dieqo Kostaya "elçi" düşüb.

"Monako" rəhbərliyi braziliya əsilli ispaniyalı futbolçu üçün 60 milyon avro xərcləməyə hazırdır. Tərəflər arasında razılıq əldə olunarsa, Kosta yeni mövsümdən etibarən "Monako"da çıxış edəcək.

Qeyd edək ki, daha öncə İngiltərənin "Çelsi" klubu 25 yaşlı futbolçunu transfer etmək istəsə də, Madrid təmsilçisi bundan imtina etmişdi.

Xəbər 827 dəfə oxundu.