Silvio Berluskoni Balotelli ilə bağlı gözlənilməz addım atıb
“Milan”ın prezidenti Silvio Berluskoni komandasının hücumçusu Mario Balotelli ilə bağlı gözlənilməz addım atıb. Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbəri təcrübəli hücumçunun transferi çıxarılmasına qərar verib.

Bildirilir ki, S.Berluskoninin bu mövqeyini onun qızı, klub rəhbərliyinə daxil olan Barbara da dəstəkləyib.

“Artıq bura qədər. Qəti qərar verilib – Mario transferə çıxarılır. Yanvarın sonlarına qədər biz onu satmalıyıq” – Berluskoninin Balotelli ilə bağlı bu sözlərini klub sahibinə yaxın mənbə İtaliya mətbuatına bildirib.

Qeyd edək ki, transfer bazarında Balotelliyə 30 milyon avro qiymət qoyulub.

Xəbər 882 dəfə oxundu.