3 klub “Barsa”nın müdafiəçisinə “elçi düşüb”
Avropanın 3 aparıcı klubu - “Liverpul”, “Tottenhem” və “Roma” “Barselona”nın müdafiəçisi Martin Montoya ilə maraqlanır. Gənc müdafiəçinin Kataloniya klubunu tərk etmək ehtimalı yüksəkdir. Çünki Montoya klub rəhbərliyi ilə yeni müqavilə barədə razılığa gələ bilmir. Bu səbəbdən də Montoyanın elə qışda komandadan gedişi mümkündür.

Xatırladaq ki, Montoyanın “Barselona” ilə müqaviləsi 2014-cü ilin yayında başa çatır.

Xəbər 944 dəfə oxundu.