AVIF-dən bayram hədiyyəsi
31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Təqvin il münasibətilə Azərbaycan Velosiped Idmanı Federasiyası, Dənizkənarı Milli Park Idarəsi ilə birlikdə dekabr ayının 29-u, saat 16:00-da velosiped həvəskarları üçün yürüş keçirəcək.

İdman.com.az xəbər verir ki, veloyürüş Bakı İdman Sarayının yanından start götürəcək və saat qülləsinin yanında başa catacaq. Velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin ediləcək, kiçik yaşlı uşaqlara yeni il hədiyyələri təqdim olunacaq.

AVIF bütün velosiped həvəskarlarını dekabrın 29-da bayram yürüşünə dəvət edir və bayram sevincini birgə yaşamağa çağırır.

Xəbər 1084 dəfə oxundu.