"Barselona" alman qapıçı ilə razılığa gəldi
"Barselona" "Borussiya"nın (Münhenqladbax) qapıçısı Mark-Andre ter Şteqenlə mövsümün sonunda transferi üçün razılığa gəlib.

Hər iki tərəf arasındakı razılığa əsasən 21 yaşlı qolkiperlə dörd illik müqavilə imzalanacaq.

"Barsa"nın hazırkı qapıçısı Viktor Valdesin klubdan ayrılmasının ardından Steqen rəsmən ictimaiyyətə təqdim olunacaq.

Xəbər 856 dəfə oxundu.