Trapattoni "Latsio"nu çalışdırmaqdan imtina etdi
İrlandiya yığmasının sabiq baş məşqçisi Covanni Trapattoni "Latsio" klubunun təklifini rədd edib.

İtaliyalı mütəxəssis bunu klub çalışdırmaq istəməməsi ilə əlaqələndirib.

74 yaşlı çalışdırıcı bundan sonra yalnız milli komandada işləyəcəyini bildirib. "Latsio"nun baş məşqçi vəzifəsinə namizədlər sırasında Quus Hiddink və Roberto Di Matteo da var.

Qeyd edək ki, Trapattoni daha öncə "Yuventus" və "İnter" klubları ilə A Seriyada çempionluq yaşayıb.


Xəbər 847 dəfə oxundu.